İsra Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim, müşriklərə) de: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxsulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir!
Elmir Quliyev :
Скажи: "Если бы вы владели сокровищницами милости моего Господа, то все равно скупились бы из страха обеднеть, ибо человек скуп".
Ələddin Sultanov:
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə xərcləməkdən qorxaraq xəsislik edərdiniz. İnsan çox xəsisdir.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, o zaman xərclənib tükənəcək qorxusu ilə mütləq xəsislik edərdiniz.’ İnsan çox xəsisdir.
Ələsgər Musayev:
De: «Əgər siz Rəbbimin rəhmət xəzinələrinin maliki olsaydınız, yenə infaq etməkdən çəkinərdiniz. Həqiqətən, insan simic olar!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz.» İnsan (zatı ehtiyac yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.
Kövsər Tağıyev:
De ki: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə tükənməsi qorxusu ilə xəsislik edərdiniz. Zatən insan çox xəsisdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Əgər Rəbbinin mərhəmət xəzinələrinə siz sahib olsaydınız, xərcləyib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Həqiqətən, insan (fitrən) xəsisdir.
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, xərclənib qurtarmasından qorxaraq həqiqətən əlinizdə saxlayar; kimsəyə bir şey verməzdiniz. insan çox xəsisdir."