Əlixan Musayev:
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Кто совершает переселение на пути Аллаха, тот найдет на земле много пристанищ и изобилие. Если же кто-либо покидает свой дом, переселяясь к Аллаху и Его Посланнику, после чего его настигает смерть, то его награда ложится на Аллаха. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun Peyğəmbəri yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Kim Allah yolunda hicrət etsə, yer üzündə köç ediləcək bir çox geniş yer tapar. Kim Allah və Onun elçisinə tərəf hicrət etmək üçün evindən çıxar, sonra da ona ölüm yetişsə, artıq onun əcri (mükafatı) Allaha aid olmuşdur. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Kim hicrət edərsə Allah
yolunda, ərzdə çoxlu sığınacaq və genişlik tapar. Kim öz
evindən xaric olub Allaha və Onun rəsuluna tərəf hicrət edərsə,
sonra onu ölüm haqlasa, fəqət onun əcri Allahın öhdəsindədir.
Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Kim Allah yolunda hicrət edərsə, yer üzündə gediləsi çox yer də tapar, genişlik də. Kim Allaha və Peyğəmbərinə hicrət etmək məqsədilə evindən çıxar, sonra ölüm onu haqlarsa, şübhəsiz, onun mükafatı Allaha aiddir. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda hicrət edən yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim öz evindən çıxaraq Allaha və Onu peyğəmbərlərinə tərəf üz tutub hicrət edərsə sonra isə onu ölüm haqlayarsa, onun mükafatı Allahın üzərinə düşər. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Kim də Allah yolunda yurdundan hicrət etsə, yer üzündə çoxlu sığınacaq yer və genişlik tapar. Kim Allaha və Elçisinə qatılmaq üçün evindən çıxsa, sonra onu ölüm haqlasa, o adamın əcri/mükafatı şübhəsiz Allahın öhdəsindədir. Allah çox bağışlayandır, çox rəhm edəndir.