Əlixan Musayev:
Məgər yer üzünün (keçmiş) sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?
Bünyadov-Məmmədəliyev:
Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?
Elmir Quliyev
:
Разве не ясно тем, которые унаследовали землю от ее прежних жителей, что если бы Мы пожелали, то покарали бы их за грехи? Мы запечатываем их сердца, и они не способны слышать.
Ələddin Sultanov:
(Əvvəllər məhv olmuş) xalqlardan sonra yer üzünə varis olanlara aydın olmadımı ki, əgər Biz diləsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, onların qəlblərini möhürləyərdik və beləliklə onlar (haqqı) eşitməzdilər.
Kerbelayi Malik ağa:
Onun (o ölkənin) xalqından sonra, yer üzünə varis olanları hidayətə ərdirməzmi? Əgər diləsəydik, günahları səbəbiylə onları (müsibətlərə) düçar edərdik. Qəlblərinin üstünü tab edərdik (açılmayacaq damğa, möhür vurardıq) və artıq onlar eşitməzdilər.
Ələsgər Musayev:
Ə, hidayət etmədimi o kəsləri ki, varis oldular ərzə onun əhlindən sonra. Əgər istəsək isbat edərik onlara günahları ilə və damğa üzərinə qəlblərinin onların və onlar eşitmirlər?
A.Mehdiyev və D.Cəfərli:
Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!
Kövsər Tağıyev:
Əvvəlki sahiblərindən sonra yer üzünə varis olanlara bu həqiqət açıq-aydın bəlli olmadımı ki, biz istəsəydik onları da (əvvəlkilər kimi) günahları ucbatından cəzalandırardıq. Biz onların qəlblərini möhürləyərik, onlar haqqı eşitməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər O, (keçmiş) sakinlərindən sonra onların yerinə varis olanlara göstərmədi ki, əgər Biz istəsəydik günahlarına görə onların da başına müsibət gətirər, ürəklərini möhürlərdik və onlar heç nə eşitməzdilər?
Sabirə Dünyamalıyeva:
Və əvvəlki sahiblərindən sonra yer üzünün varisi; son sahibi olanlara bəyan olmadımı, onlara təsir etmədimi: "Əgər Biz istəsək, onları da günahlarından ötürü cəzalandırardıq. Biz onların qəlblərinin üstünə möhür vurarıq/qəlblərini möhürlərik və onlar da eşitməzlər."