Ali-İmran Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə Allahın ayələri oxunduğu Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.
Bünyadov-Məmmədəliyev:
Sizə Allahın hökmləri oxunduğu Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.
Elmir Quliyev :
Как вы можете не веровать в то время, как вам читают знамения Аллаха, а Его Посланник находится среди вас? Кто крепко держится за Аллаха, тот действительно наставлен на прямой путь.
Ələddin Sultanov:
Sizə Allahın ayələri oxunduğu Onun Peyğəmbəri aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir.
Kerbelayi Malik ağa:
Sizə Allahın ayələri oxunarkən aranızda Onun Rəsulu varkən, siz necə inkar edərsiniz. Kim Allaha möhkəm sarılarsa, artıq o Sirati Müstəqimə hidayət olunmuşdur.
Ələsgər Musayev:
necə kafir olursunuz, bir surətdə ki, Allahın ayətləri sizin üçün tilavat edilir Onun rəsulu sizin içərinizdədir? kim yapışarsa Allah ilə, fəqət hidayət olunar tərəfinə yolun düzünün.
A.Mehdiyev və D.Cəfərli:
Allah?n ay?l?ri siz? oxundugu halda v? Onun R?sulu sizin aran?zda ola-ola nec? kufr edirsiniz?! Kim Allaha s?g?nsa, dogrudan da, dogru yola hiday?t olunmusdur.
Kövsər Tağıyev:
Sizə Allahın ayələri oxunduğu halda Allahın rəsulu da aranızda ikən necə dönüb inkar edirsiniz? Kim Allaha möhkəm bağlansa, mütləq o, doğru yola yönəldilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə Allahın ayələri oxunduğu Onun peyğəmbəri aranızda olduğu halda siz necə küfr edirsiniz? Kim Allaha sığınarsa, ona düz yol göstərilər.
Sabirə Dünyamalıyeva:
Sizə Allahın ayələri oxunduğu halda Onun Elçisi aranızda ikən necə olur ki, küfr işləyirsiniz [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edirsiniz]? Kim Allaha möhkəm bağlanarsa, şübhəsiz ki, doğru yola yönəldilmişdir.