Əlixan Musayev:
Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) O məmləkətlərin bəzi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (möcüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (möcüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.
Elmir Quliyev
:
Мы рассказываем тебе повествования об этих селениях. Их посланники приходили к ним с ясными знамениями. Однако они не хотели уверовать в то, что они сочли ложью прежде. Так Аллах запечатывает сердца неверующих.
Ələddin Sultanov:
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman gətirəsi deyildilər. Allah kafirlərin qəlblərini belə möhürləyər.
Kerbelayi Malik ağa:
Sənə xəbərlərini anlatdığımız (vəziyyətlərindən bəhs etdiyimiz) ölkələr bunlardır. And olsun ki, onlara, onların rəsulları bəyyinələrlə (isbat vasitələri və möcüzələrlə) gəldi. Artıq daha əvvəl təkzib etdikləri (yalanladıqları) şeyə görə iman etmədilər. Beləcə Allah kafirlərin qəlblərini tab edər (möhürləyər).
Ələsgər Musayev:
Biz sənə bu kəndin xəbərlərindən hekayət etdik. Əlbəttə, gəldi onlara rəsulları onların bəyanatlarla və bundan qabaq yalan saydıqlarına görə olmadılar ona inananlar. Beləcə damğa üzərinə Allah kafirlərin qəlblərinin!
A.Mehdiyev və D.Cəfərli:
Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.
Kövsər Tağıyev:
Budur məmləkətlər! Onların xəbərlərindən bir qismini sənə danışırıq. And olsun, peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdi. Lakin onlar daha əvvəl inkar etdiklərinə inanacaq deyildilər. Allah kafirlərin qəlblərini bax belə möhürləyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu məmləkətlərin bəzi əhvalatlarını Biz sənə danışırıq. Peyğəmbərləri onlara aydın dəlillərlə gəldilər, onlar isə əvvəllər yalan hesab etdiklərinə yenə iman gətirən olmadılar. Allah kafirlərin ürəklərini beləcə möhürləyir.
Sabirə Dünyamalıyeva:
Sənə vacib xəbərlərinin bir hissəsini söylədiyimiz o şəhərlər bax bunlardı. And olsun ki, peyğəmbərləri onlara açıq-aşkar sübutlarla gəlmişdi. Fəqət əvvəlcədən təkzib etdikləri şeylərə iman gətirmədilər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] qəlblərinin üstünə Allah bax belə möhür vurar/onları möhürlər.