Hud Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir.
Bünyadov-Məmmədəliyev:
Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!
Elmir Quliyev :
Такой была Хватка твоего Господа, когда Он схватил селения, жители которых были несправедливы. Воистину, Хватка Его мучительна, сурова.
Ələddin Sultanov:
Rəbbin (xalqı) zalım məmləkətləri (əzabla) yaxalayanda məhz belə yaxalayır. Şübhəsiz ki, Onun yaxalaması acılı şiddətlidir.
Kerbelayi Malik ağa:
Sənin Rəbbin xalqı zalım olan ölkələri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması şübhəsiz ki, çox şiddətlidir, çox əlimdir.
Ələsgər Musayev:
Belədir tutmağı sənin Rəbbinin, onda ki, tutdu kəndləri ki, onlar zalim idilər. Həqiqətən, Onun tutmağı ələmlidir, şiddətlidir!
A.Mehdiyev və D.Cəfərli:
Sənin Rəbbin millət cəmiyyətləri zalım olan zaman belə yaxalayır cəzalandırır. Şübhəsiz Onun yaxalaması cəzası ağrılı çətindir.
Kövsər Tağıyev:
Rəbbin zülmə sapmış məmləkətlərin əhalisini yaxalayanda, bax belə yaxalayar. Şübhəsiz, Onun yaxalamağı ağrılı-acılı şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızlıq edən məmləkətlərin sənin Rəbbin tərəfindən yaxalanması bax belə olur. Həqiqətən, Onun yaxalaması əzabvericidir, sərtdir!
Sabirə Dünyamalıyeva:
Rəbbin, əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər olan şəhərləri yaxaladıqda, Onun yaxalamağı bax belədir. Şübhəsiz ki, Onun yaxalaması çox ağrılıdır, çox çətindir!