Yusif Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!
Elmir Quliyev :
Все это часть повествований о сокровенном, которые Мы ниспосылаем тебе в откровении. Ты не был с ними, когда они вместе принимали решение и строили козни.
Ələddin Sultanov:
(Ey Rəsulum!) Bu (Yusifin qissəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
Kerbelayi Malik ağa:
Bu sənə vəhy etdiyimiz qeybin xəbərlərindəndir. Onlar hiylə qurarkən işləri üçün qərar verdikləri zaman sən onların yanında deyildin.
Ələsgər Musayev:
Bunlar qeyb xəbərləridir ki, sənə vəhy edirik sən onların yanında olmadın, onda ki, öz işlərində cəm oldular onlar məkr edirdilər.
A.Mehdiyev və D.Cəfərli:
Bu (hekayət), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir sən onlar (Yusufun qardaşları) öz işləri barəsində qərara gəldikləri (onu həyata keçirmək üçün) hiylə qurduqları zaman onların yanında deyildin.
Kövsər Tağıyev:
Bu (qissə) qeyb xəbərlərindəndir. Onu sənə biz vəhy yolu ilə bildiririk. Yoxsa onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, qeyb xəbərləridir ki, sənə vəhy edirik. Axı onlar yığışaraq məkr quranda sən onların yanında deyildin.
Sabirə Dünyamalıyeva:
Bax bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa, onlar qərara gəlib pis [işlər üçün] plan qurarkən, sən onların yanında deyildin.