Əlixan Musayev:
Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
Elmir Quliyev
:
Они последовали за тем, что читали дьяволы в царстве Сулеймана (Соломона). Сулейман (Соломон) не был неверующим. Неверующими были дьяволы, и они обучали людей колдовству, а также тому, что было ниспослано двум ангелам в Вавилоне — Харуту и Маруту. Но они (ангелы) никого не обучали, не сказав: "Воистину, мы являемся искушением, не становись же неверующим". Они обучались у них тому, как разлучать мужа с женой, но никому не могли причинить вред без соизволения Аллаха. Они обучались тому, что приносило им вред и не приносило им пользы. Они знали, что тому, кто приобрел это, нет доли в Последней жизни. Скверно то, что они купили за свои души! Если бы они только знали!
Ələddin Sultanov:
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Qədim xalqların çoxu caduya inanırdı. Buna görə də dini etiqadlarının içinə də cadu qarışmışdı. Yəhudilər arasında da cadugərlik yayılmışdı və onlar Süleyman peyğəmbərin cadugər olduğuna inanırdılar. Quranda Süleymanın peyğəmbər olduğu xəbər verildikdə yəhudilər: “Mühəmməd Süleymanı peyğəmbər zənn edir. Halbuki o, bir cadugər idi”, – demişdilər.)
Kerbelayi Malik ağa:
Onlar Süleymanın (ə.s) mülkü üzərində şeytanların tilavət etdiyi (oxuduğu) şeylərə tabe oldular. Süleyman (ə.s) inkar etmədi (sehr etmədi və kafir olmadı). Lakin şeytanlar insanlara sehri və Babil şəhərindəki Harut və Marut adlı iki mələyə endirilən şeyləri öyrətməklə kafir oldular. Halbuki onlar: ‘Biz yalnız bir fitnəyik (sizin üçün bir imtahanıq). O halda (sehr elmini öyrənərək) kafir olmayın.’ demədikcə heç kimə bunu öyrətməzdilər. Lakin o ikisindən ərlə arvadı bir-birindən ayıracaq şeylər öyrənirdilər və onlar Allahın izni olmadan onunla (sehrlə) heç kimə zərər verə biləcək deyildirlər. Onlar özlərinə fayda verməyən, zərər verən şeyləri öyrənirlər. And olsun ki, onlar onu (sehri və ona aid məlumatları, bilgiləri) satın alan kimsənin axirətdə bir nəsibi olmadığını qəti olaraq öyrəndilər. Əlbəttə onunla (sehrə qarşılıq) nəfslərini satdıqları şey necə də pisdir, kaş ki, bilsəydilər.
Ələsgər Musayev:
Və tabe oldular nə ki, tilavat edirdi şeytanlar, üzərinə
mülkündə Süleymanın üzərinə. Və küfr etmədi Süleyman və
lakin, şeytanlar küfr etdilər öyrədərək insanlara sehri və nə ki,
nazildir üzərinə iki mələyin Babildə – Haruta və Maruta. Və
öyrətmirdilər bir kəsi, ta deyirdilər: «Həqiqətən, biz sınağıq və
kafir olmayın!» Və öyrənirdilər onlardan ayrılıq salmağı onunla
ər və zövcəsi arasına. Və onlar zərər vermirdilər onunla bir
kəsə, ancaq izni ilə Allahın. Və öyrənirdilər nə ki, zərərinə idi
onların və yox idi mənfəəti onlara. Və əlbəttə, bilirdilər kim
alver edərsə onunla, yoxdur onun üçün axirətdə xilqətdən. Və
pis alver etdilər onunla öz nəfslərinə, əgər olsaydılar bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
Kövsər Tağıyev:
Süleymanın hökmranlığı haqqında şeytanların (və şeytan xislətli insanların) uydurduqları yalanların arxasınca düşdülər. Halbuki Süleyman (cadu edərək) küfrə düşmədi. Lakin şeytanlar insanlara sehri və (xüsusilə də) Babildəki Harut və Ma-rut adlı iki mələyə ilham edilən (sehr)i öyrətməklə küfrə düşdülər. Halbuki o iki mələk: “Biz ancaq imtahan üçün göndərilmiş mələklərik”, – demədikcə heç kimə (sehr) öyrətmirdilər. Beləliklə, (insanlar) onlardan ər ilə arvadı bir-birindən ayıracaqları sehri öyrənirdilər. Halbuki onlar Allahın izni olmadıqca o sehrlə heç kimə zərər verə bilməzdilər. (Onlar belə edərək) özlərinə zərər verən, fayda verməyən şeyləri öyrənirdilər. And olsun ki, onu satın alanın axirətdə bir payı olmadığını bilirdilər. Qarşılığında özlərini satdıqları şey nə pisdir! Kaş biləydilər!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar şeytanların Süleyman səltənəti haqqında dediklərinin ardınca getdilər. Süleyman küfr etməmişdi. Şeytanlar isə insanlara sehrbazlığı və Babildəki Harut və Marut adlı iki mələyə endirilmiş şeyləri (camaata) öyrədərək kafirlik etmişdilər. Onların ikisi də: "Biz bir sınağıq, inkar etmə !" demədən heç kimi öyrətmirdilər. Onlar (insanlar) kişi ilə arvadının arasını vurmağı bu iki mələkdən öyrəndilər. Lakin onlar Allahın izni olmadığı üçün bununla heç kəsə ziyan vura bilməzdilər. Onlar (insanlar) özləri üçün zərərli olan və faydası olmayan şeyləri öyrənirdilər. And olsun, onlar bilirdilər ki, bunu satın alanların axirətdə heç bir payı yoxdur. Onlar bununla özləri üçün necə də pis şeylər satın alırlar, kaş biləydilər !
Sabirə Dünyamalıyeva:
Və özlərinə Kitab verilənlər, Süleymanın səltənətinə dair şeytanların oxuduqları şeylərə uydular. Halbuki küfr işləməmişdi; Süleyman Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməmişdi, amma o şeytanlar küfr işləmişdilər; bilə-bilə rədd etmişdilər; insanlara sehir və Babildə iki peyğəmbərə/iki hökmdara; Harut ilə Maruta nazil edilən şeyləri öyrədirdilər. Halbuki Harut ilə Marut, "Biz təmizlənməyiniz oddan bir vasitəyik, əsla küfr işləmə; həqiqəti bilə-bilə rədd etmə!" deməmiş heç kəsə heç bir şey öyrətmirdilər. Sonra hər kəs, o ikisindən kişi ilə zövcəsinin arasına nifaq salan şeyləri öyrənirdilər. -Lakin onlar onunla Allahın xəbəri olmadan heç kəsə zərər vura bilməzlər.- Hamı özünə zərər verəni, fayda verməyi öyrənirdi. And olsun ki, onu satın alanın axirətdə heç bir payı olmayacağını da həqiqətən bilirdilər. Və o şey - qarşılığında öz mənliklərini satdıqları o şey, necə də çirkin bir şey idi! Kaş ki, bunu bilsəydilər!