Şüəra Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
Bünyadov-Məmmədəliyev:
Kaş bir (dünyaya) dönə biləydik; möminlərdən olardıq!”
Elmir Quliyev :
Если бы у нас была возможность вернуться, то мы стали бы верующими!"
Ələddin Sultanov:
Təkrar dünyaya qayıda bilsəydik, biz möminlərdən olardıq”.
Kerbelayi Malik ağa:
Bizim üçün kaş ki bir dəfə (dünyaya dönüş) olsaydı, o zaman biz möminlərdən olardıq.
Ələsgər Musayev:
Əgər bizə bir daha qayıtmaq imkanı olsaydı, onda inananlardan olardıq!»
A.Mehdiyev və D.Cəfərli:
«Kaş biz bir (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq».
Kövsər Tağıyev:
“Kaş, (dünyaya) bir dönsək, inananlardan olsaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir (dünyaya) qayıtsaydıq, iman gətirənlərdən olardıq."
Sabirə Dünyamalıyeva:
Ah, kaş ki, bizim üçün bir geri dönüş olsaydı biz möminlərdən olsaydıq!”