Möminun Surəsi 103. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
Elmir Quliyev :
А те, чья чаша Весов окажется легкой, потеряют самих себя и вечно пребудут в Геенне.
Ələddin Sultanov:
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Kimin mizanı (savab çəkisi) yüngül gələrsə, məhz onlar nəfslərini hüsrana düşürənlərdir. Onlar cəhənnəmdə əbədi olaraq qalacaq olanlardır.
Ələsgər Musayev:
kimin çəkisi yüngül gəldi həmin onlar o kəslərdir ki, öz nəfslərinə xəsarət yetiriblər, cəhənnəmdə həmişəlik qalacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
kimin ölçülmüşləri yüngül dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.
Kövsər Tağıyev:
Kimlərin tərəziləri yüngül gələrsə, özlərini ziyana salanlar da məhz onlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimin ki tərəzisinin gözü yüngül gələr, belələri ziyana düşər cəhənnəmdə əbədi qalarlar.
Sabirə Dünyamalıyeva:
Kimlərin tərəzisi yüngül gəlsə, artıq onlar özlərinə ziyan edənlərdir; cəhənnəmdə əbədi qalacaqlar.