Bəqərə Surəsi 105. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitab əhlinin kafir olanları, müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) əhli-kitabdan olan kafirlər, müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!
Elmir Quliyev :
Неверующие из людей Писания и многобожники не хотят, чтобы вам ниспосылалось благо от вашего Господа. Аллах же отмечает Своей милостью, кого пожелает. Аллах обладает великой милостью.
Ələddin Sultanov:
əhli-kitabdan olan kafirlər, müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir.
Kerbelayi Malik ağa:
Əhli kitabdan kafir olanlar müşriklər Rəbbinizdən sizin üzərinizə xeyirdən (rəhmət fəzl) endirilməsini istəməzlər. Allah rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah ‘böyük fəzl’ sahibidir.
Ələsgər Musayev:
Istəməzlər o kəslər kikafirdirlər əhli kitabdan müşriklərnazil ola üzərinizə Rəbbinizdən xeyir. Allah xüsusiləşdirir Öz rəhmətilə kim istəyir. Allah əzəmətli fəzl sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
kitab əhlindən olan kafirlər, müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
Kövsər Tağıyev:
əhli-kitabdan inkar edənlər, Allaha şərik qoşanlar Rəbbinizdən sizə bir xeyir gəlməsini istəyərlər. Halbuki Allah rəhmətini istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
kitab əhlindən olan kafirlər, müşriklər Rəbbinizdən sizə bir xeyir nazil olmasını istəmirlər. Allah Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Axı Allah böyük lütf sahibidir !
Sabirə Dünyamalıyeva:
Kitab əhlindən küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] kəslər şərik qoşanlar, Rəbbinizdən sizə bir xeyir nazil olmasını istəməzlər. Allah isə rəhmətini istədiyi kimsəyə göndərər. Allah, çox böyük nemət sahibidir.