Əlixan Musayev:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.
Elmir Quliyev
:
Если Аллах коснется тебя вредом, то никто, кроме Него, не избавит тебя от него. Если Он пожелает одарить тебя добром, то никто не отвратит Его милости. Он одаряет ею того из Своих рабов, кого пожелает. Он — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Əgər Allah sənə bir zərər (bir darlıq) toxundursa, artıq onu Ondan (Allahdan) başqa aradan qaldıracaq kimsə yoxdur. Əgər sənə (sənin üçün) bir xeyir istəsə, o təqdirdə Onun fəzlini geri qaytaracaq kimsə yoxdur. Onu qullarından dilədiyi kimsəyə isabət etdirər. O, Ğafurdur, Rəhimdir (rəhmət nurunun sahibi).
Ələsgər Musayev:
Əgər Allah sənə zərər yetirə, Ondan başqa heç kəs sənə
şəfa edə bilməz. Əgər Allah sənə xeyir istəyə, bəs yoxdur
Allahın fəzlini rədd edən. Yetirər onu öz bəndələrindən kimə
istər və O Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Səndən sonra gələnlər üçün ibrət olasan deyə bu gün sənin bədənini xilas edəcəyik. Çünki insanlardan bir çoxu ayələrimizdən, həqiqətən, xəbərsizdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kəs (səni) bundan qurtara bilməz. Əgər O, sənə bir yaxşılıq etmək istərsə, Onun lütfünün qarşısını alan olmaz; bunu O Öz bəndələrindən istədiyi kəsə edər. O, bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Və əgər Allah sənə bir zərər vermək istəsə, onu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Və əgər sənin üçün bir xeyir diləsə, o zaman da Onun verdiklərini geri qaytara bilən biri yoxdur. O, nemətlərini öz bəndələrindən istədiyinə qismət edər. Və Allah, çox bağışlayandır, çox mərhəmətlidir.