Əlixan Musayev:
De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
Elmir Quliyev
:
Скажи: "Веруйте в него (Коран) или не веруйте! Воистину, когда его читают тем, кому прежде было даровано знание, они падают ниц, касаясь земли своими подбородками.
Ələddin Sultanov:
De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal üzüstə səcdəyə qapanarlar.
Kerbelayi Malik ağa:
De ki: ‘Ona inanılsın və ya inanılmasın Ondan əvvəl özlərinə elm verilən kəslər onlara (Quranın səcdə ayələri) oxunduğu zaman səcdə edərək çənələri (alınları) üstünə qapanarlar.’
Ələsgər Musayev:
De: «Inanın
onunla, ya inanmayın. Həqiqətən, o kəslər ki, ondan qabaq elm
onlara verilib, onda ki, tilavat olunur onlara, xar olurlar çənələri
üstə səcdə edərək
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
Kövsər Tağıyev:
De ki: “Ona istər inanın, istərsə də inanmayın. Şübhəsiz, daha əvvəl elm verilənlər özlərinə Qur`an oxunduğu zaman dərhal üzü üstə səcdəyə qapanırlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "İstər ona inanın, istər inanmayın; ondan [Qurandan] əvvəl özlərinə bilgi verilmiş kəslərə [Kitab əhlinə] o, oxunan zaman onlar üzüstə düşərək səcdəyə qapılırlar
Sabirə Dünyamalıyeva:
De ki: "Siz Qurana istər inanın, istər inanmayın; daha əvvəl özlərinə elm verilmiş kəslər ki var, Quran onlara oxunduqda onlar boyun əyib tabeçilik göstərərək çənələri üstə [yerə] qapanar.