Əlixan Musayev:
(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.
Bünyadov-Məmmədəliyev:
(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, - deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!
Elmir Quliyev
:
Те, которые построили мечеть для нанесения вреда, поддержания неверия, внесения раскола в ряды мусульман и создания заставы для тех, кто издавна сражается против Аллаха и Его Посланника, непременно будут клясться: "Мы не хотели ничего, кроме добра". Аллах свидетельствует, что они являются лжецами.
Ələddin Sultanov:
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və Peyğəmbərinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
Kerbelayi Malik ağa:
Onlar zərər vermək, küfrü (qüvvətləndirmək), möminlərin arasına təfriqə salmaq və daha əvvəl Allah və Rəsuluna qarşı müharibə edən adamı gözləmək üçün bir məscid tikdilər. Və mütləq: ‘Biz ancaq yaxşılıqdan başqa bir şey istəmədik.’ deyə and içərlər. Allah onların yalançı olduqlarına şahidlik edər.
Ələsgər Musayev:
O kəslər ki, götürdülər məscidi zərərnən və küfrnən və
təfriqəyə arasında inananların və pusqu idi kim üçün ki, hərbə
Allah və rəsulu ilə qabaqcadan və and içirlər: «Iradəmiz, ancaq
yaxşılıqdır!» Allah şahiddir ki, onlar yalançıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.
Kövsər Tağıyev:
Bir də zərərli fəaliyyətlərlə məşğul olmaq, küfrə yardım etmək, möminlər arasına təfriqə salmaq üçün və əvvəldən bəri Allaha və Rəsuluna qarşı savaşanlara qərərgah olsun deyə bir məscid düzəldənlər var. Bunlar: “Bizim yaxşılıqdan başqa bir məqsədimiz yoxdur”, – deyə mütləq and içirlər. Amma Allah şahidlik edir ki, bunlar, həqiqətən, yalançılardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məscidi ziyan vurmaq üçün, küfr etmək üçün, möminlər arasında təfriqə salmaq üçün və əvvəllər Allahla və Onun peyğəmbəri ilə müharibəyə girişmiş kəslərin xeyrinə bir pusqu üçün vasitəyə çevirənlər, əlbəttə, and içəcəklər ki: "Biz yalnız xeyir iş görmək istəyirdik". Allah şahiddir ki, onlar yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Və zərər vermək, küfr işləmək [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmək], möminlərin arasına nifaq salmaq [məqsədi ilə] və əvvəllər Allaha və Elçisinə qarşı müharibə edən; [onların səfini] pozmağa təşəbbüs göstərən kəslər üçün gözətçilik etmək məqsədi ilə məscid düzəldən kəslər: "Biz, ən gözəlindən başqa bir şey istəmədik" deyə and içərlər. Allah da şahiddir ki, şübhəsiz ki, bunlar həqiqətən yalançıdırlar.