Əlixan Musayev:
Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
Elmir Quliyev
:
Никогда не совершай в ней намаз. Мечеть, которая с первого дня была основана на богобоязненности, больше заслуживает того, чтобы ты выстаивал в ней. В ней есть мужи, которые любят очищаться. Воистину, Аллах любит очищающихся.
Ələddin Sultanov:
Orada əsla namaz qılma! İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Quba məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada paklanmağı sevən insanlar var. Allah pak olanları sevər.
Kerbelayi Malik ağa:
Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərinə qurulan məscid, orada namaz qılmaq üçün əlbəttə daha layiqdir. Orada təmizlənməyi sevən adamlar vardır. Allah təmizlənmiş olanları sevər.
Ələsgər Musayev:
Qalxma orada əbədən. Məscid ki, əsası təqva üzərindədir əvvəl
gündən, haqdır ki, qalxasan orada. Orada kişilər var – sevirlər
paklanmağı və Allah sevir paklananları!
A.Mehdiyev və D.Cəfərli:
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
Kövsər Tağıyev:
Orada qətiyyən namaz qılma. İlk gündən təqva (Allaha qarşı gəlməkdən çəkinmək) üzərində qurulan məscid (Quba məscidi) içində namaz qılmağın üçün, əlbəttə, daha layiqdir. Orada təmizlənməyi sevən adamlar var. Allah da təmiz olanları sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç vaxt orada namaz qılma! İlk gündən təqva üzərində təsis olunmuş məscid sənin orada namaz qılmağın üçün daha layiqlidir. Orada təmizliyi sevən adamlar vardır. Allah da pak adamları sevir!
Sabirə Dünyamalıyeva:
Sən, o məscidin içində əbədiyyən dayanma/vəzifəni orada yerinə yetirmə! İlk gündən Allahın mühafizəsi altına daxil olmaq üzərində qurulan məscid, əlbəttə ki, vəzifəni icra etməyə daha layiqdir. Onun içində paklanmağı xoşlayan kişilər var. Allah da paklanan kəsləri sevər.