Maidə Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah elçilərini toplayacağı gün deyəcəkdir: “Sizə cavab verildi?” Onlar isə: “Bizim elmimiz yoxdur. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! deyə cavab verəcəklər.
Elmir Quliyev :
В тот день, когда Аллах соберет посланников и скажет: "Что вам ответили?" они скажут: "Мы не обладаем знанием. Воистину, Ты Ведающий сокровенное".
Ələddin Sultanov:
O gün (qiyamət günü) Allah peyğəmbərləri toplayaraq: “Sizə cavab verildi?” - deyəcəkdir. Onlar: “Biz heç bir şey bilmirik. Həqiqətən, gizli olanları bilən Sənsən!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Allahın rəsulları bir yerə toplayacağı, sonra ‘Sizə cavab verildi?’ deyə buyuracağı gün (onlar): ‘Bizim bir elmimiz yoxdur. Şübhəsiz ki, qeybdəkiləri ən yaxşı bilən Sənsən!’ deyərlər.
Ələsgər Musayev:
O gün Allah rəsulları cəm edib deyər: «Sizə cavab verdilər?» Deyərlər: «Biz bilmirik. Həqiqətən, Sən qeybə Alimsən!»
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
Kövsər Tağıyev:
Allahın peyğəmbərləri toplayıb: “Sizin dəvətinizə cavab verildi?” deyəcəyi, onların da: “Bizim heç bir məlumatımız yoxdur. Qeybləri haqqı ilə bilən sənsən”, deyəcəkləri günü xatırlayın.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah peyğəmbərləri topladığı gün deyən "Sizə cavab verildi?" Onlar: "Biz heç bilmirik, axı qeyblərin bilicisi Sənsən" - deyə cavab verərlər.
Sabirə Dünyamalıyeva:
Allah, elçiləri toplayacağı gün belə deyəcək: "Sizə verilən cavab nədir?" Onlar deyəcəklər: "Bizim heç bir elmimiz yoxdur; şübhəsiz ki, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilən məhz Sənsən."