Tövbə Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Binasını Allah qorxusu (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Elə isə (məscid) binasını Allah qorxusu rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!
Elmir Quliyev :
Тот ли, кто заложил основание своего строения на страхе перед Аллахом и стремлении к Его довольству, лучше или же тот, кто заложил его на самом краю обрыва, готового обвалиться, так что он обвалился вместе с ним в огонь Геенны? Воистину, Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
(Məscidin) binasını Allah qorxusu rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Artıq binasını Allahdan təqva razılıq üzərində quran daha xeyirlidir, yoxsa binasını dağılmaqda olan uçurumun kənarında quran kimsəmi? Beləcə cəhənnəm atəşinin içinə onunla birlikdə (özü də) yuvarlanar. Allah zalımlar tayfasını hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ə, kim ki, əsası binanın təqva üzərindədir Allahdan razılığı, xeyirlidir, yoxsa kim ki, əsası binanın üzərində nehrələnərək səpələnənin üzərində nehrələnəcək onunla odunda cəhənnəmin? Allah hidayət etməz zalim qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə öz (dininin) təməlini ilahi təqva Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk güman əsasındadır onun sonu Cəhənnəmdir.) Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
Kövsər Tağıyev:
Binasını təqva (Allaha qarşı gəlməkdən çəkinmək) Onun razılığını qazanmaq üzərində quran kəs daha xeyirlidir, yoxsa binasını çökmək üzrə olan bir yerin kənarında qurub onunla birlikdə özü cəhənnəm atəşinə yuvarlanan kəs? Allah zalımlar güruhunu doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Binasını təqva Allahın razılığı üzərində quranmı yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran onunla birlikdə cəhənnəm oduna yuvarlananmı? Həqiqətən, Allah zalıma bir yol göstərməz!
Sabirə Dünyamalıyeva:
Elə isə, binasını Allahın mühafizəsi altına daxil olmaq razılıq üzərində quran kəs daha xeyirlidir, yoxsa binasını uçulmaqda olan bir uçurumun kənarında quran onunla birlikdə cəhənnəmin oduna yuvarlanan kəsmi? Allah, şərik qoşaraq, küfr edərək səhv; öz zərərlərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.