Yunus Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah insanlara istə­­dikləri xeyri tez verdiyi kimi, şəri tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
Elmir Quliyev :
Если бы Аллах ускорил для людей наступление зла, которое они призывают в своих проклятиях, подобно тому, как Он ускорил для них наступление добра, о котором они просят в молитвах, то они непременно погибли бы. Но Мы оставляем тех, которые не надеются на встречу с Нами, слепо скитаться в своем беззаконии.
Ələddin Sultanov:
Əgər insanlar xeyri tələsik istədikləri kimi, Allah da şəri tələsik versəydi, həqiqətən, onların əcəlləri çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içində çaşqın bir halda qoyarıq.
Kerbelayi Malik ağa:
Əgər Allah onların xeyiri tez istədikləri kimi insanlara şərri o tezliklə versəydi, əlbəttə onların əcəlləri yerinə yetirilərdi. Lakin (həyatda ikən) Bizə təslim olmağı diləməyən kəsləri üsyanları içində çaşqın bir halda tərk edərik.
Ələsgər Musayev:
Əgər təcili etsəydi Allah insanlar üçün şəri, təcili istədikləri xeyir ilə, qəzavat olardı tərəfinə onların əcəlləri. Biz tərk edərik o kəsləri ki, yoxdur müraciətləri Bizim görüşümüz üçün, tüğyanlarında kor olaraq.
A.Mehdiyev və D.Cəfərli:
əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar.
Kövsər Tağıyev:
Əgər Allah insanlara onların xeyri tezliklə istədikləri kimi şəri tezliklə versəydi, əlbəttə, onların əcəllərinə hökm verilərdi. Biz bizə qovuşmağı ummayanları öz azğınlıqları içində çırpınar halda qoyarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər insanlar yaxşılığın tez olmasını istədikləri kimi, Allah da onlara pisliyi tez etsəydi, onların əcəli artıq bitmiş olardı. Bizimlə görüşə ümid etməyənləri öz azğınlıqları içərisində dolaşan vəziyyətdə qoyarıq.
Sabirə Dünyamalıyeva:
əgər Allah insanlara, onların xeyri tezliklə istədikləri kimi, şəri tələsik versəydi, onlar üçün həqiqətən öz möhlətlərinin axırını çatdırardı. Lakin Biz, Bizə qovuşmaq ümidi olmayanları azğınlıqları içində sərgərdan bir vəziyyətdə qoyarıq.