Rəd Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın əmri ilə insanın həm önündə, həm arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.
Bünyadov-Məmmədəliyev:
(İnsan üçün) onu öndən arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz Ondan başqa onların heç bir hamisi olmaz.
Elmir Quliyev :
Есть у него (человека) ангелы, следующие впереди него и позади него и охраняющие его по повелению Аллаха. Воистину, Аллах не меняет положения людей, пока они не изменят самих себя. Если же Аллах пожелает людям зла, то ничто не предотвратит этого. Нет у них властелина, кроме Него.
Ələddin Sultanov:
Onun (insanın) önündə arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur.
Kerbelayi Malik ağa:
Onları önündən arxasından təqib edən mələklər vardır. Allahın əmrindən olub onları mühafizə edərlər. Şübhəsiz ki, onlar nəfslərində olan şeyi (hidayətdə qalmaq barəsindəki niyyətlərini) dəyişmədikcə, Allah onlarda olan şeyi dəyişməz. Allah bir qövmə cəza verməyi dilədiyi zaman artıq ona mane olacaq kimsə yoxdur. Onlar üçün Ondan başqa qoruyan bir dost yoxdur.
Ələsgər Musayev:
Onun üçün qarşı tərəfdən arxa tərəfdən yaxın mühafiz vardır ki, Allahın əmri ilə onu mühafizə edirlər. Həqiqətən, Allah qouma verdiyini dəyişməz, ta o qoum özlərində olanı dəyişməyələr. Onda ki, Allah iradə edə bir qouma pislik göndərə, bunu dəf edən olmaz onlar üçün Allahdan başqa dost olmaz.
A.Mehdiyev və D.Cəfərli:
İnsan üçün (onun əməllərini yazan Rəqib Ətid adlı iki mələkdən başqa) onun önündə arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət firavanlığı, yaxud bəla çətinliyi) onlar özlərində olanı (iman küfrü, yaxud itaət fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz onlar üçün Ondan başqa heç bir yardımçı başçı yoxdur.
Kövsər Tağıyev:
İnsanı önündən arxasından təqib edən mələklər var. Allahın əmri ilə onu qoruyurlar. Şübhəsiz ki, bir qövm öz halını dəyişdirmədikcə Allah onların halını dəyişdirməz. Allah bir qövmə pislik yetirmək istəsə, daha onun qarşısı alına bilməz. Onlar üçün Allahdan başqa heç bir yardımçı da yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun [hər bir insanın] önündə arxasınca gedənlər [mələklər] vardır. Onlar onu Allahın əmri ilə qoruyurlar. Həqiqətən hər hansı bir camaat özündəki (səciyyəvi xüsusiyyətlərini) dəyişdirmədikcə Allah onu dəyişməz. Əgər Allah hər kimə bir pislik etmək istəsə, bunun qarşısı alınmaz onların Ondan başqa bir kömək edəni olmaz.
Sabirə Dünyamalıyeva:
Hər kəs üçün iki əlinin arasından arxasından -Allahın işlərindən [bir iş] olaraq- onu izləyib qoruyan təqibçilər var. Həqiqətən, bir xalq öz mənliyində [nəfsində] olanı dəyişməyincə, Allah heç bir şeyi dəyişdirməz. Allah, bir qövmə pislik etmək istəsə, artıq onu qarşısının alınması mümkün deyil. Onlar üçün Onun altındakılardan bir köməkçi, himayəçi, yol göstərən bir yaxın yoxdur.