Həcc Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlardan eləsi vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər elə budur.
Bünyadov-Məmmədəliyev:
İnsanlardan eləsi vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!
Elmir Quliyev :
Среди людей есть и такой, который поклоняется Аллаху, находясь на грани между верой и неверием. Если ему достается добро, то благодаря этому он чувствует себя уверенно; если же его постигает искушение, то он оборачивается вспять. Он теряет как этот мир, так и Последнюю жизнь. Это и есть очевидный убыток!
Ələddin Sultanov:
İnsanlardan eləsi var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur!
Kerbelayi Malik ağa:
İnsanlardan elə kəslər vardır ki, Allaha az (könülsüz) ibadət edər. Ona bir xeyir toxunsa onunla məmnun olar bir fitnə üz versə geri dönər (Allahdan üz döndərər). Onlar dünyada axirətdə hüsrandadır. Məhz o, açıq-aşkar hüsrandır.
Ələsgər Musayev:
İnsanlardan var kim ibadət edir Allaha üzərində hərfin. Əgər ona xeyir isbat edərsə, sakitləşər onunla. Əgər isbat edərsə ona sınaq, üz çevirərək dönər, xəsarətdə olaraq dünya axirətdə. Budur o aşkar xəsarət!
A.Mehdiyev və D.Cəfərli:
İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı məqam) yetişsə, ona arxayınlaşar əgər bir sınağa çəkilsə (mal canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar axirətdə şirk günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
Kövsər Tağıyev:
İnsanlardan eləsi var ki, Allaha yarımçıq ibadət edər. Əgər ona bir xeyir toxunsa, könlü onunla xoşnud olar. Əgər başına bir müsibət gəlsə, (küfrə) geri dönər. O, dünyanı da əldən verib, axirəti də. Açıq-aşkar ziyan budur.
M.Qənioğlu və T.Bilaloğlu:
insanlardan eləsi var ki, Allaha sanki uçurum kənarında [şəkk tərəddüdlə] ibadət edər. Ona bir xeyir üz verərsə, bununla rahatlıq tapar, əgər bir bəla üz verərsə o, tərsinə [küfrə] dönər bu dünyasını da, axirəti itirər. Bu, aşkar itkidir.
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəziləri Allaha, qeyri-müəyyən bir tərəfdən/tərəddüdlə, qəti olmayan bir tərzdə qulluq edər. Buna görə əgər ona bir yaxşılıq üz versə, onunla zehnindəki bütün sual işarələrini aradan qaldıraraq arxayınlığa qovuşar. əgər ona dünyada bir fəlakət/çətinlik üz versə, üz döndərər. O, dünyanı da, axirəti itirmişdir. Bu, məhz açıq-aşkar ziyanın elə özüdür.