Əlixan Musayev:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı?”
Bünyadov-Məmmədəliyev:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı etiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?”
Elmir Quliyev
:
Они скажут: "Господь наш! По Твоей воле дважды мы были мертвы, и дважды Ты оживил нас. Мы признались в своих грехах. Нет ли пути к выходу?"
Ələddin Sultanov:
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (Təfsirçilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)
Kerbelayi Malik ağa:
(Kafirlər) dedilər ki: ‘Rəbbimiz, bizi iki dəfə öldürdün, iki dəfə diriltdin, beləcə günahlarımızı etiraf etdik. Artıq (buradan) çıxmağa bir yol varmı?’
Ələsgər Musayev:
Deyərlər: «Rəbbimiz! Sən iki dəfə bizi
öldürdün və iki dəfə bizi diriltdin. Biz öz günahlarımızı etiraf
etdik. Yoldan xaric olmağın tərəfinə imkan varmı?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»
Kövsər Tağıyev:
Onlar da belə deyərlər: “Ey Rəbbimiz! Bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Günahlarımızı qəbul edirik. İndi (bu atəşdən) bir çıxış yolu varmı?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Rəbbimiz, Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. (İndi) bir çıxış yolu varmı?"
Sabirə Dünyamalıyeva:
Kafirlər dedilər ki: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz artıq öz günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?"