Əlixan Musayev:
Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Потом Он обратился к небу, которое было дымом, и сказал ему и земле: “Придите по доброй воле или по принуждению”. Они сказали: “Мы пришли по доброй воле”.
Ələddin Sultanov:
Sonra duman halında olan səmaya yönəldi. Ona və yerə: “Könüllü ya da könülsüz olaraq gəlin!” - dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər.
Kerbelayi Malik ağa:
Sonra duman halında olan səmaya yönəldi. Sonra da səmaya və yerə: ‘İstəyərək və ya istəməyərək gəlin.’ dedi. İkisi də: ‘İstəyərək gəldik.’ dedilər.
Ələsgər Musayev:
Sonra möhkəmləndi tərəfinə
səmanın və o duman idi və dedi ona və ərzə: “Gəlin könüllü
olaraq, ya kərahətli!” Dedilər: “Biz gəlirik könüllü olaraq!”
A.Mehdiyev və D.Cəfərli:
(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik.»
Kövsər Tağıyev:
Sonra duman halında olan göyə yönəldi, ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin”, – dedi. İkisi də: “İstəyərək gəldik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra O, tüstüyəbənzər səmaya üz tutdu. Ona və yerə dedi: "Könüllü və ya məcburi (istədiyim hal-vəziyyətə) gəlin!" Onlar: "Biz könüllü gəlirik." - dedilər.
Sabirə Dünyamalıyeva:
Sonra tüstü halında olan göyə yerləşdi/[orada] hökmranlıq qurdu, sonra ona və yer üzünə: "İstəyərək və ya istəməyərək gəlin!" dedi. İkisi də: "Biz istəyərək gəldik" dedilər.