Əlixan Musayev:
Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!
Elmir Quliyev
:
Бедуины, оставшиеся позади, скажут тебе: "Наше имущество и наши семьи отвлекли нас (или помешали нам). Попроси же для нас прощения". Они произносят своими языками то, чего нет в их сердцах. Скажи: "Кто властен помочь вам чем-нибудь перед Аллахом, если Он захочет навредить вам или захочет принести вам пользу?" О нет! Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlblərində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ərəblərdən geridə qalan bədəvilər sənə: ‘Mallarımız və ailələrimiz bizi məşğul etdi. Artıq bizim üçün məğfirət dilə.’ deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə söyləyirlər. De ki: ‘Əgər Allah sizə bir zərər və ya fayda dilərsə, bu təqdirdə sizin üçün Allahdan gələn bir şeyə kim mane ola bilər? Xeyr (elə deyil), Allah etdiyiniz əməllərinizdən xəbərdardır.’
Ələsgər Musayev:
Deyərlər sənə müxaliflər ətrafdakılardan: «Bizi malımız və
ailəmiz məşğul etdi. Bağışlanmaq istə bizim üçün!» Deyirlər
onlar dilləri ilə o sözləri ki, qəlblərində yoxdur. De: «Kim sizin
üçün malikdir Allahdan şeynən, əgər O iradə edə sizə zərər, ya
iradə edə mənfəət?» Bəli, oldu Allah nə ilə ki, əməldəsiniz
Xəbir!
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.
Kövsər Tağıyev:
(Savaşdan) geri qalan bədəvilər sənə: “Bizə mallarımız və ailələrimiz mane oldu, Allahdan bizim üçün əfv dilə”, – deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə deyirlər. De ki: “Allah sizə bir zərər vermək istəsə, yaxud bir fayda əldə etmənizi istəsə, Ona qarşı kimin bir şeyə gücü çatar? Xeyr, Allah etdiklərinizdən xəbərdardır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvi ərəblərdən arxada qalanları [döyüşə çıxmayanları] sənə deyəcəklər “Mal-dövlətimiz və ailələrimiz bizim başımızı qarışdırdı. Bizim bağışlanmamızı dilə!" Onlar dillərilə ürəklərində olmayan fikirləri deyirlər. De: "Əgər Allah sizə bir zərər yetirmək istəsə və ya bir xeyir vermək istəsə, kim sizin üçün Allaha qarşı bir şey edə bilər?" Bəli, Allah sizin nələr etdiyinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblərdən geridə qalanları; sizinlə gəlməyənləri tezliklə sənə deyəcəklər: "Mal-dövlətimiz və ailələrimiz bizim başımızı qatdı/[bizi bu səfərdən] saxladı. Haydı, Allahdan bizim bağışlanmağımızı dilə." Onlar, qəlblərində olmayanı dilləri ilə deyirlər. De ki: "Allah, sizə bir zərər diləsə və ya bir xeyir diləsə, Allahın qarşısında kimin bir şeyə gücü çata bilər? Əksinə, Allah əməllərinizdən xəbərdardır."