Hucurat Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)
Elmir Quliyev :
О те, которые уверовали! Пусть одни люди не насмехаются над другими, ведь может быть, что те лучше них. И пусть одни женщины не насмехаются над другими женщинами, ведь может быть, что те лучше них. Не обижайте самих себя (друг друга) и не называйте друг друга оскорбительными прозвищами. Скверно называться нечестивцем после того, как уверовал. А те, которые не раскаются, окажутся беззаконниками.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Bir qövm (başqa) bir qövmlə istehza etməsin. Bəlkə onlar (istehza edilənlər) digərlərindən daha xeyirlidir. Qadınlar da digər qadınlarla (istehza etməsin), bəlkə özlərindən (digərləri) daha xeyirlidirlər. Bir-birinizə tənə vurmayın. Pis ləqəblərlə çağırmayın. İmandan sonra fasiq adlar necə pisdir. Kim tövbə etməzsə, məhz o zaman onlar zalımdırlar.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Yoxdur məsxərə qoumlara qoumlardan, olsun ki, olarlar xeyirli onlardan yoxdur qadınlara qadınlardan olsun ki, olarlar xeyirli onlardan! yoxdur biyabırçılıq nəfsinizə yoxdur tənə etmək ləqəblərlə. Pisdir fasiqlik ismi, imandan sonra. Kim qayıtmasa həmin onlardır zalimlər.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!
Kövsər Tağıyev:
Ey iman edənlər! Bir topluluq digər bir topluluğu məsxərəyə qoymasın. Bəlkə də, onlar özlərindən daha yaxşıdırlar. Qadınlar da başqa qadınları məsxərəyə qoymasın. Bəlkə də, onlar özlərindən daha yaxşıdırlar. Bir-birinizi qaralamayın, bir-birinizi (pis) ləqəblərlə çağırmayın. İmandan sonra fasiqlik pis bir addır! Kim tövbə etməzsə, onlar məhz zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Qoy bir para adamlar digərlərini ələ salmasınlar, bəlkə bunlar onlardan da yaxşıdırlar. Qadınlar da qadınları (ələ salmasınlar), bəlkə bunlar onlardan da yaxşıdırlar. Bir -birinizi biabır etməyin bir-birinizə ləqəblər qoymayın. İman gətirəndən sonra "pozğunluq" adı qədər pisdir! Kim tövbə etməzsə - onlar haqsızlardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Bir dəstə başqa bir dəstəni lağa qoymasın. Ola bilər ki, lağa qoyduqları dəstə onlardan daha xeyirli olsun. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə lağ etdikləri qadınlar onlardan xeyirlidir. Özünüzə tənə etməyin, rişxənd etməyin; bir-birinizə ləqəblər qoşaraq tənə etməyin, rişxənd etməyin, kiçiltməyin. İmandan sonra haqq yoldan çıxan adını almaq necə pisdir! kim səhvdən dönməzsə, bax məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.