Maidə Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Alla-hın sizə olan nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq fikrinə düşdükdə (Allah) onları sizdən əl çəkməyə məcbur etmişdi. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini ya Bəni Sələb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Elmir Quliyev :
О те, которые уверовали! Помните о милости, которую Аллах оказал вам, когда люди вознамерились протянуть к вам свои руки, но Он убрал от вас их руки. Бойтесь Аллаха, и пусть на Аллаха уповают верующие!
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər Allaha təvəkkül etsinlər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Allahın sizin üzərinizdəki nemətini xatırlayın. Bir qövm sizə əllərini uzatmağa qalxdığı zaman (Allah) onların əllərini sizdən çəkmişdi. Allaha qarşı təqva sahibi olun (ruhunuzu, vəchinizi, nəfsinizi iradənizi Allaha təslim edin)! Möminlər artıq Allaha təvəkkül etsinlər (güvənsinlər).
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Allahın sizə olan nemətini yad edin! Onda bir qoum qəst etdi ki, sizə əl qaldırsın, O sizdən dəf etdi onların əllərini. Qorxun Allahdan! inananlar gərək Allaha təvəkkül etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın sizə olan nemətini xatırlayın. Xatırlayın ki, bir qövm sizə əl uzatmaq (hücum etmək) fikrinə düşmüş, Allah (buna mane olmuş) onların əllərini sizdən çəkmişdi. Allaha qarşı gəlməkdən çəkinin. Möminlər yalnız Allaha təvəkkül etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın ki, bəzi adamların sizə qarşı əliuzunluq [hücum] etmək istədiyi vaxt O, onların əllərini sizdən uzaqlaşdırdı. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın sizin üstünüzdəki nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq niyyətinə düşmüşdü, ancaq Allah onların əllərini sizin üstünüzdən çəkmişdi. Allahın mühafizəsi altına daxil olun. Möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.