Əlixan Musayev:
Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz (yurdunuzdan) qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: “Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (möminlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!
Elmir Quliyev
:
Разве ты не видишь, что лицемеры говорят своим неверующим братьям из числа людей Писания: "Если вас изгонят, то мы уйдем вместе с вами и никогда никому не подчинимся против вас. А если с вами сразятся, то мы обязательно поможем вам". Аллах свидетельствует о том, что они являются лжецами.
Ələddin Sultanov:
Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir. (Yuxarıdakı ayədə münafiqlərin başçısı Abdullah ibn Übeyyin yəhudilərdən Nəzir oğulları ilə məktublaşmasına işarə edilir.)
Kerbelayi Malik ağa:
Nifaq çıxaranları (münafiqləri) görmürsənmi? Kitab əhlindən inkar edən qardaşlarına: ‘Əgər siz həqiqətən (yurdunuzdan) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin aranızdakı, sizə qarşı olan bir kimsəyə heç bir zaman itaət etmərik. Əgər sizinlə döyüşsələr, mütləq sizə kömək edərik.’ deyərlər. Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsləri ki, nifaq
salaraq deyirlər əhli kitabdan kafir olan qardaşları üçün: «Əgər
siz xaric olsanız, biz də sizinlə birlikdə xaric olarıq və sizə qarşı
əbədən bir kəsə itaət etmərik. Əgər sizinlə döyüşsələr, sizə
yardım edərik!»? Allah Şahiddir ki, həqiqətən, onlar
yalançıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına): «Əgər siz (öz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik.» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar.
Kövsər Tağıyev:
Kitab əhlindən o inkar edən qardaşlarına “And içirik ki, siz (Mədinədən) çıxarılsanız mütləq biz də sizinlə birlikdə çıxarıq. Sizin haqqınızda əsla heç kimə boyun əymərik. Əgər sizə qarşı savaş açılsa, sizə mütləq kömək edərik” deyərək münafiqlik edənləri görmürsənmi? Halbuki Allah onların əsl yalançı olduqlarına şahidlik edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Kitab əhlindən olan küfr etmiş qardaşlarına: "And olsun ki, əgər siz (yurdunuzdan) qovulsanız, biz də sizinlə birlikdə çıxarıq və sizin əleyhinizə olan heç kimə itaət etmərik, əgər sizə qarşı döyüş başlanılarsa sizə mütləq yardım edərik." - deyən münafiqləri görmürsənmi? Allah onlarin yalançı olduğuna şahiddir.
Sabirə Dünyamalıyeva:
Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan qardaşlarına: "And olsun ki, əgər siz öz yurdunuzdan çıxarılsanız, həqiqətən biz də sizinlə birlikdə çıxarıq, sizin əleyhinizə heç kəsə əbədiyyən itaət etmərik. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" deməkdə olan, münafiqləşən kəsləri görmədinmi/heç düşünmədinmi? Və Allah, şahidlik edər ki, şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar.