Təğabun Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini gələcəyi) biləndir!
Elmir Quliyev :
Любое несчастье постигает только по воле Аллаха. Сердце того, кто уверовал в Аллаха, Он наставляет на прямой путь. Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Allahın izni olmadıqca bir müsibət üz verməz. Kim Allaha iman etsə, (Allah) onun qəlbini hidayət edər. Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
ki, isbat edər sizə müsibətdən, ancaq izni ilədir Allahın. Kim inandı Allah ilə, O hidayət edər onun qəlbini Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət kamallara doğru) yönəldər Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Allahın izni olmadan heç bir müsibət baş verməz. Kim Allaha inanarsa, Allah onun qəlbini doğruya yönəldər. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın izni olmadan (heç kimə) bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, O, onun ürəyini düz yola yönəldər. Axı Allah hər şeyi biləndir!
Sabirə Dünyamalıyeva:
Üz verən hər müsibət, yalnız Allahın məlumatı daxilində üz verər. Kim Allaha inansa, Allah onun qəlbini yönəldir. Allah hər şeyi ən yaxşı biləndir.