Əlixan Musayev:
və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi (göndərmişdir). Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, (Allah) onu içində əbədi qalacağı (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir.
Bünyadov-Məmmədəliyev:
Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!
Elmir Quliyev
:
Посланника, который читает вам ясные аяты Аллаха, чтобы вывести тех, которые уверовали и совершали праведные деяния, из мраков к свету. Тех, которые уверовали в Аллаха и поступали праведно, Аллах введет в Райские сады, в которых текут реки. Они пребудут там вечно. Аллах уже сделал их удел прекрасным!
Ələddin Sultanov:
Allah iman gətirib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
Kerbelayi Malik ağa:
Rəsul amənu olanları və əməli salihat (nəfsi islahedici, saleh əməl) işləyənləri qaranlıqlardan nura çıxarmaq üçün sizə Allahın ayələrini açıqlayaraq oxuyar. Kim Allaha iman edərsə və saleh əməl (nəfsi islahedici əməl) işləyərsə, onu içində əbədi qalmaq üzərə altından çaylar axan cənnətlərə daxil edər. Allah (Allahın Zatı) onun üçün ən gözəl ruzi olmuşdur.
Ələsgər Musayev:
Rəsul, tilavat edərək üzərinizə ayətini Allahın aydınlaşdırar,
xaric etməsi üçün o kəsləri ki, inanırlar və əməli salehdirlər,
zülmətdən nura tərəf. Kim inanar Allah ilə və saleh əməl edə,
daxil edər onu bağlara – cari olur altından onun nəhrlər,
həmişəlik orada əbədi. Əlbəttə, yaxşıdır Allah onun üçün
rizqnən.
A.Mehdiyev və D.Cəfərli:
Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!
Kövsər Tağıyev:
İman edib saleh əməl işləyənləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün sizə Allahın açıq-aydın ayələrini oxuyan bir peyğəmbər göndərdi. Kim Allaha inanar və saleh bir əməl işlərsə, Allah onu içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlərə qoyar. Allah, həqiqətən, ona gözəl bir ruzi vermişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
və Allahın aydın ayələrini sizə oxuyan bir peyğəmbər (göndərmişdir) ki, iman gətirib əməlisaleh olanlan zülmətlərdən işığa çıxartsın. Kim Allaha iman gətirib əməlisaleh olarsa, O, onu (möminlərin) əbədi qalacaqları, dibindən çaylar axan cənnət bağlarına daxil edər. Allah ona gözəl bir ruzi verər.
Sabirə Dünyamalıyeva:
sizə Allahın açıq-aşkar ayələrini/işarətlərini/nişanlarını oxuyan bir elçi göndərdi. Və hər kim Allaha inansa və saleh əməl işləsə, Allah onu, altlarından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edər. Allah, onun üçün ruzini gözəlləşdirmişdir.