Təhrim Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında Cənnətdə bir ev tik. Məni Firondan onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi.
Bünyadov-Məmmədəliyev:
Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında Cənnətdə bir ev tik. Məni Firondan onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” demişdi.
Elmir Quliyev :
А в качестве примера о верующих Аллах привел жену Фараона. Вот она сказала: "Господи, возведи для меня дом в Раю возле Тебя! Спаси меня от Фараона и его деяний и спаси меня от несправедливых людей!"
Ələddin Sultanov:
Allah iman gətirənlər üçün Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.
Kerbelayi Malik ağa:
Allah amənu olanlara Fironun zövcəsini örnək verdi: ‘Rəbbim, Sənin dərgahında cənnətdə mənim üçün bir ev tik. Məni Firondan onun etdiklərindən qurtar. Zalımlar qövmündən məni xilas et.’ demişdi.
Ələsgər Musayev:
Allah zərbə vurur məsəl o kəslər üçün ki, inandılar, arvadını Firaunun! Onda dedi: «Rəbbim! Bina et mənim üçün ev Öz yanında cənnətdə nicat ver mənə Firaundan onun əməlindən nicat ver mənə zalim qoumdan!»
A.Mehdiyev və D.Cəfərli:
Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal rəhmətinin yaxınlığında) Cənnətdə bir ev tik! Mənə Firondan onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan millətindən) qurtar!»
Kövsər Tağıyev:
Allah iman edənlərə isə Fironun arvadını misal çəkdi. Bir vaxt o: “Rəbbim! Mənə qatında, cənnətdə bir ev tik. Məni Firondan onun etdiyi işlərdən qoru məni zalımlar qövmündən xilas et!” demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənlərə isə Fironun zövcəsini bir məsəl kimi çəkir. O zaman o [qadın] dedi: "Rəbbim, Öz dərgahında - cənnətdə mənim üçün bir ev tik. Məni Firondan onun əməlindən xilas et, məni haqsız tayfadan xilas et!"
Sabirə Dünyamalıyeva:
Allah, inanan kəslərə Fironun zövcəsini misal çəkdi. Bir zaman o, "Ey Rəbbim! Mənə Öz yanında cənnətin içində bir ev tik, məni Firondan onun əməlindən qurtar. məni bu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən qövmdən xilas et!" demişdi.