Tövbə Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik.
Bünyadov-Məmmədəliyev:
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!
Elmir Quliyev :
Но если они раскаются и будут совершать намаз и выплачивать закят, то они станут вашими братьями по вере. Мы разъясняем Наши знамения для людей знающих.
Ələddin Sultanov:
Ancaq tövbə edər, namaz qılar zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər onlar (rəsulun qarşısında Allaha təslim olmağı diləyərək) tövbə etsələr namazı qılsalar zəkatı versələr, artıq (onlar) sizin dində qardaşlarınızdır. Bilən bir qövm üçün ayələri ayrı-ayrı açıqlayırıq.
Ələsgər Musayev:
Əgər qayıtdılar ayağa qalxdılar islahata verdilər zəkatı paklanmaq üçün, onda onlar dində sizin qardaşlarınızdır. Biz belə ayətlərimizi müfəssəl edirik bilən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.
Kövsər Tağıyev:
Lakin tövbə edib namazı qılar zəkatı verərlərsə, artıq onlar sizin din qardaşlarınızdır. Bilən bir qövmə ayələri belə müfəssəl açıqlayırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onda onlar dində sizə qardaşdırlar. Biz anlayıb bilən adamlar üçün ayələrimizi belə izah edirik.
Sabirə Dünyamalıyeva:
Bundan sonra əgər tövbə etsələr, səlatı yerinə yetirsələr [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşatsalar] zəkatı/vergilərini versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri, bilən bir tayfa üçün ətraflı izah edirik.