Əlixan Musayev:
Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.
Bünyadov-Məmmədəliyev:
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
Elmir Quliyev
:
Если кто-либо совершит злодеяние или будет несправедлив по отношению к себе, а затем попросит у Аллаха прощения, то он найдет Аллаха Прощающим и Милосердным.
Ələddin Sultanov:
Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.
Kerbelayi Malik ağa:
Kim pis iş görər və ya nəfsinə zülm edər, sonra da Allahdan məğfirət dilərsə, Allahı məğfirət və rəhmət edici olaraq görər.
Ələsgər Musayev:
Kim pis əməl edərsə, ya öz nəfsinə zülm edərsə,
sonra Allahdan baqışlanmaq istərsə, tapacaq Allahı Ğəfur,
Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.
Kövsər Tağıyev:
Kim bir pislik edər, yaxud özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın çox bağışlayan və çox mərhəmətli olduğunu görər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim pis iş tutarsa və ya özünə zülm edərsə, sonra isə Allahdan bağışlanma dilərsə, Allahı bağışlayan və mərhəmətli görər.
Sabirə Dünyamalıyeva:
Kim bir pislik işlər yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın çox bağışlayan və çox mərhəmətli olduğunu görər.