Bəqərə Surəsi 111. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Yəhudi-lərdən xaçpərəstlərdən başqa­ heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Elmir Quliyev :
Они сказали: "Не войдет в Рай никто, кроме иудеев или христиан". Таковы их мечты. Скажи: "Приведите ваше доказательство, если вы говорите правду".
Ələddin Sultanov:
Onlar: “Yəhudi ya xaçpərəstdən başqası əsla cənnətə girməyəcək!” - dedilər. Bu, onların boş xülyalarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Cənnətə yəhudi ya xristian olan kəslərdən başqası əsla girməyəcək.’ Bu onların əmaniyyəsidir (zənn xülyalarıdır). ‘Əgər siz doğru deyirsinizsə, dəlillərinizi gətirin.’ de.
Ələsgər Musayev:
Dedilər: «Olmaz daxil cənnətəancaq kim oldu hidayət olunan, yaxud yardım olunan!» Bu, əminlikləridir onların. De: «Gətirin sübutunuzu, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır.» Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.»
Kövsər Tağıyev:
Bir “Yəhudilərdən xristianlardan başqası cənnətə girməyəcək”, dedilər. Bu, onların xam xəyallarıdır. De ki: “Əgər doğru söyləyənlərsinizsə, (iddianızı isbat edəcək) dəlilinizi gətirin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Cənnətə ancaq yəhudilər xaçpərəstlər daxil olacaqlar." Bu, onların xülyalarıdır. De: "Əgər düz deyirsinizsə, onda dəlilinizi gətirin !"
Sabirə Dünyamalıyeva:
İnananları yəhudiləşdirmək, xristianlaşdırmaq istəyənlər, "Yəhudi xristianlardan qeyri kimsə əsla cənnətə girə bilməyəcək" dedilər. Bu, onların xülyalarıdır. De ki: "Əgər doğru kəslərsinizsə, dəlilinizi gətirin."