Taha Surəsi 111. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(O gün) üzlər (əbədi) Yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.
Bünyadov-Məmmədəliyev:
(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
Elmir Quliyev :
Лица смирятся перед Живым, Вседержителем, и разочарование постигнет тех, кто понесет бремя несправедливости.
Ələddin Sultanov:
Bütün üzlər (insanlar) əzəli, əbədi hər şeyə hakim olan Allahın hüzurunda yerə baş əymiş, zülmlə (şirklə) yüklənən kimsə isə ziyana düşmüşdür.
Kerbelayi Malik ağa:
Hayy Qəyyum olan Allaha vəchlər (hər kəs) boyun əydi. Zülm yüklənənlər ziyana uğradılar (cəhənnəmlik oldular).
Ələsgər Musayev:
Üzlər zəlil görkəm alar Diri olan, Qəyyum olanın hüzurunda. Əlbətdə zəlil oldu o kəs ki, zülmlə yükləndi.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil itaətkar olacaqlar. əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
Kövsər Tağıyev:
Bütün üzlər diri, yaratdıqlarına hakim olan onları qoruyub nəzarətində saxlayan Allaha boyun əymişdir. Zülm yüklənən mütləq ziyana uğrayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzlər diri hər şəyə hakim olan Allah qarşısında müti görkəm alar haqsızlıq yükü ilə gələnlər peşman olarlar.
Sabirə Dünyamalıyeva:
hər kəs, diri bütün yaratdıqlarına daim göz qoyan Allah üçün baş əymişdir. Bir şirkə bulanaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər həqiqətən zərərə uğramışdır.