Nisa Surəsi 111. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Кто совершил грех, тот совершил его во вред себе. Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Kim bir günah qazanarsa, onu yalnız öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Kim bir günah qazanarsa, o təqdirdə onu yalnız öz nəfsinin əleyhinə qazanar. Allah Alimdir (ən yaxşı biləndir), Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Kim kəsb edərsə günah, ancaq öz nəfsinə qarşı kəsb etmiş olar onu. Oldu Allah Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Kim bir günah qazansa, əslində (hətta maddi fayda ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən hikmətlidir.
Kövsər Tağıyev:
Kim bir günah qazanarsa, onu ancaq öz əleyhinə qazanar. Allah hər şeyi haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim günah qazanarsa, onu özünə qarşı qazanmış olar. Allah hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Kim bir günah qazanarsa, öz əleyhinə qazanmış olar. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.