Əlixan Musayev:
Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğruçu olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!
Elmir Quliyev
:
Будь же тверд на прямом пути, как тебе велено, вместе с теми, кто покаялся наряду с тобой. И не преступайте границ дозволенного, ибо Он видит то, что вы совершаете.
Ələddin Sultanov:
Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
Kerbelayi Malik ağa:
Artıq sən tövbə edərək sənə tabe olanlarla birlikdə əmr olunduğun kimi istiqamət üzrə ol və azğınlıq etməyin (həddi aşmayın). Şübhəsiz ki, O, etdiklərinizi görəndir.
Ələsgər Musayev:
Düz
dayan, nə qədər, sənə əmr olunub və kim ki, səninlə qayıdıb
və tüğyan etməyin! Həqiqətən, O nə ilə ki, əməldəsiniz,
Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür.
Kövsər Tağıyev:
Elə isə əmr olunduğun kimi doğru ol. Yanındakı tövbə edənlər də doğru olsunlar. Haqq və ədalət ölçülərini aşmayın. Şübhəsiz, O, etdiklərinizi haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə əmr olunduğu kimi sən də, səninlə birlikdə tövbə edənlər də düz olun və həddi aşmayın. Axı O nələr etdiyinizi görür!
Sabirə Dünyamalıyeva:
Bax buna görə, sənə əmr edildiyi kimi doğru ol! Səninlə birgə tövbə edənlər də doğru olsunlar. Və həddi aşmayın! Həqiqətən Allah, sizin etdiklərinizin hamısını layiqincə görəndir.