Əlixan Musayev:
Onlar harada olursa olsunlar, Allahın və (mömin )insanların (himayəsində olanlar) istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm də )ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar.
Bünyadov-Məmmədəliyev:
Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.
Elmir Quliyev
:
Где бы их ни застали, их постигает унижение, если только они не окажутся под покровительством Аллаха и покровительством людей. Они попали под гнев Аллаха, и их постигла бедность. Это — за то, что они не веровали в знамения Аллаха и несправедливо убивали пророков. Это — за то, что они ослушались и преступали границы дозволенного.
Ələddin Sultanov:
Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir.
Kerbelayi Malik ağa:
Onların üzərinə harada olurlarsa olsunlar zillət (alçaqlıq) damğası vuruldu. Ancaq Allahın ipinə (Sirati Müstəqimə) və insanlardan bir ipə (Allaha təslim edəcək olan mürşidə) sarılanlar istisna olmaqla. (Onlar) Allahdan bir qəzəbə uğradılar və üzərlərinə miskinlik damğası vuruldu. Bu onların Allahın ayələrini inkar etmiş olmaları və peyğəmbərləri haqsız yerə öldürmüş olmaları səbəbiylədir. Bu onların (Allaha) üsyan etmələrindən və həddi aşmış olmalarındandır.
Ələsgər Musayev:
Zərbələndi
üzərinə onların zillət, harada olsalar, ancaq ip ilə Allahdan və
ip insanlardan. Bais oldular qəzəb ilə Allahdan və zərbələndi
üzərinə onların miskinlik. Bu, həqiqətən də onlar iləolmuşdular
kafirlər ayətləri ilə Allahın və qətlə yetirmişdilər
nəbiləri qeyri haqq ilə. Bu, nə ilə ki, asi oldular və oldular
həddi aşanlar.
A.Mehdiyev və D.Cəfərli:
Harada tap?lsalar (Islam bax?m?ndan) onlara – Allah t?r?find?n olan bir ip(? Islam? q?bul etm?y?) v? ya camaat t?r?find?n olan bir ip(? mus?lmanlar?n himay?sin? s?g?nmalar?) istisna olmaqla - zill?t v? xarl?q (damgas?) vurulmusdur. Onlar Allah?n q?z?bin? t?r?f donub Onun q?z?bin? layiq olublar v? onlara (etiqadi, ?xlaqi, ?m?li v? ictimai) f?qirlik v? b?db?xtlik (damgas?) vurulmusdur. Bu ona gor?dir ki, onlar h?mis? Allah?n ay?l?rin? kafir olur v? Allah?n peyg?mb?rl?rini nahaq yer? oldururdul?r. Bunun s?b?bi gunah etm?l?ri v? h?mis? h?ddi asmalar?d?r.
Kövsər Tağıyev:
Onlar harada olursa olsunlar, Allahın və (mömin) insanların zəmanətinə sığınmadıqca zillətə düçar olmuşlar. Onlar Allahın qəzəbinə düçar oldular və miskinlik onları bürüdü. Bunun səbəbi o idi ki, onlar Allahın ayələrini inkar edər və peyğəmbərlərini də haqsız yerə öldürərdilər. Bütün bunların səbəbi isə üsyan etmələri və (Allahın qoyduğu) hədləri aşmaları idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın və (mömin) insanların himayəsinə sığınmadıqça onlar harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə tutulublar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş və haqsız olaraq peyğəmbərləri öldürmüşlər. Çünki onlar asi olmuş və həddi aşmışlar.
Sabirə Dünyamalıyeva:
Onlar harada olursa olsunlar, üstlərinə zillət damğası vurulmuşdur. Və -Allahın əhdinə və insanların əhdinə sadiq olanlar xaricində- onlar Allahın qəzəbinə düçar oldular və üstlərinə də miskinlik [damğası] vuruldu. Bu, onların Allahın ayələrini ört-basdır etməkləri və peyğəmbərləri haqsız yerə öldürməkləri səbəbiylədir. Bu, üsyan etməkləri və həddi da aşmaqları səbəbiylədir.