Nisa Surəsi 112. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim xəta edər ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü üzünə böhtan atmış açıq aydın günaha batmış olar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs bir xəta ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).
Elmir Quliyev :
А кто совершил ошибку или грех и обвинил в этом невиновного, тот взвалил на себя бремя клеветы и очевидного греха.
Ələddin Sultanov:
Kim bir xəta edər, yaxud günah görər, sonra da onu günahsız bir kimsənin üstünə atarsa, şübhəsiz, o (günahkar), iftira açıq-aşkar bir günah yüklənmiş olar.
Kerbelayi Malik ağa:
Kim xəta edərək ya bir suç işləyərək günah qazanar sonra onu bir günahsızın üzərinə atarsa, o təqdirdə o, böhtanı açıq-aşkar bir günahı yüklənmiş olar.
Ələsgər Musayev:
Kim kəsb edərsə xəta, ya günah, sonra günahlandırarsa onda günahsızı, fəqət böhtan aşkar günahla yüklənmiş olar.
A.Mehdiyev və D.Cəfərli:
Kim (səhvən ya bilərəkdən, yaxud fərdi ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan aşkar bir günah götürmüşdür.
Kövsər Tağıyev:
Kim bir xəta edər ya bir günah qazanar, sonra onu günahsız birinin üstünə atarsa, şübhəsiz ki, iftira etmiş, açıq-aşkar bir günah yüklənmiş olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim bir xəta ya bir günah edən sonra onu günahsızın üzərinə atarsa, şübhəsiz o, öz üzərinə böhtan açıq günah götürmüş olar.
Sabirə Dünyamalıyeva:
Kim bir səhv ya bir günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, o zaman həqiqətən bir böhtanı açıq-aşkar günahı öz üzərinə götürmüş olar.