Əlixan Musayev:
Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.
Bünyadov-Məmmədəliyev:
Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
Elmir Quliyev
:
Так Мы определили для каждого пророка врагов — дьяволов из числа людей и джиннов, внушающих друг другу красивые слова обольщения. Если бы твой Господь пожелал, они не поступали бы так. Оставь же их вместе с их измышлениями.
Ələddin Sultanov:
Beləcə, hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
Kerbelayi Malik ağa:
Beləcə peyğəmbərlərin hamısına insan və cin şeytanlardan düşmən etdik. Onlar bir-birlərini aldadaraq gözəl (bəzəkli) sözlər vəhy edərlər. Əgər Rəbbin diləsəydi, onu edə bilməzdilər. Artıq onları və iftira atdıqları şeyləri tərk et.
Ələsgər Musayev:
Gözlər Onu dərk etməz və O gözləri dərk edər! O Lətifdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
Kövsər Tağıyev:
Beləliklə, biz hər peyğəmbərə insan və cin şeytanlarını düşmən etdik. Bunlar aldatmaq üçün bir-birlərinə təmtəraqlı sözlər pıçıldayarlar. Rəbbin diləsəydi, bunu etməzdilər. O halda onları iftiralarıyla baş-başa burax.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə, Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər düzəltdik, onlar biri digərini qürrələndirmək məqsədilə ona təmtəraqlı sözlər deyir. Əgər sənin Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları öz uydurmaları ilə birlikdə tərk et
Sabirə Dünyamalıyeva:
Beləliklə Biz, hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik.