Nisa Surəsi 113. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sənə Allahın lütfü rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq niyyətində ola-caqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz sənə heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı hikməti (Quranı Sünnəni) nazil etdi bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz sənə heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!
Elmir Quliyev :
Если бы не милосердие и милость Аллаха к тебе, то группа из них вознамерилась бы ввести тебя в заблуждение, однако они вводят в заблуждение только самих себя и ничем не вредят тебе. Аллах ниспослал тебе Писание и мудрость и научил тебя тому, чего ты не знал. Милость Аллаха к тебе велика!
Ələddin Sultanov:
Əgər sənə Allahın lütfü mərhəməti olmasaydı, onlardan bir dəstə səni (haqdan) azdırmaq niyyətində olardı. Halbuki, onlar özlərindən başqasını azdıra bilməzlər sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı (Quranı) hikməti nazil etdi, eləcə daha əvvəl bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
Kerbelayi Malik ağa:
Əgər Allahın fəzli rəhməti sənin üzərinə olmasaydı, onlardan bir qrup mütləq səni sapdırmaq niyyətində olacaqdı. Onlar özlərindən başqasını sapdıra bilməzlər. Sənə heç bir şeylə zərər verə bilməzlər. Allah sənə Kitabı hikməti endirdi sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənin üzərindəki fəzli çox böyükdür.
Ələsgər Musayev:
Əgər olmasaydı fəzli Allahın sənin üzərinə rəhməti Onun, onlardan bir tayfa fikirləşərdilər ki, zəlalətə salsınlar səni. Zəlalətə salarlar, ancaq öz nəfslərini zərər vura bilməzlər sənə bir şeydən. Nazil edib Allah sənin üzərinə kitab hikməti bildirdi sənə bilmədiklərini. Oldu fəzli Allahın sənin üzərinə əzəmətli!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allahın lütf mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) hikməti (şəriət elmləri əqli maarifi) sənə nazil etdi bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf mərhəməti həmişə böyükdür.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Allahın sənə lütf mərhəməti olmasaydı, onlardan bir dəstə səni sapdırmağa çalışardı. Halbuki onlar özlərini sapdırarlar, sənə heç bir zərər verə bilməzlər. Allah sənə kitabı (Qur`anı) hikməti endirmiş sənə bilmədiklərini öyrətmişdir. Allahın sənə lütfü çox böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənə Allahın lütfü mərhəməti olmasaydı, onların bir dəstəsi səni yolundan azdırmağa çalışardı. Lakin onlar ancaq özlərini azdırırlar, sənə isə heç nədə zərər vura bilməzlər, çünki Allah sənə Kitabı hikməti göndərmiş, bilmədiyin şeyləri sənə öyrətmişdir. Allahın sənə olan lütfü böyükdür.
Sabirə Dünyamalıyeva:
əgər sənin üzərində Allahın lütfü mərhəməti olmasaydı, həqiqətən onlardan ağılsız, beyinsiz bir dəstə səni düz yoldan azdırmağa çalışardı. Halbuki onlar, özlərindən qeyrisini düz yoldan azdırmazlar sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı [nazil etmiş] haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun prinsipləri nazil etmişdir bilmədiyin şeyləri sənə öyrətmişdir. Allahın sənə olan lütfü çox böyükdür.