Nisa Surəsi 114. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin (dəvəti) isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.
Bünyadov-Məmmədəliyev:
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!
Elmir Quliyev :
Многие из их тайных бесед не приносят добра, если только они не призывают раздавать милостыню, совершать одобряемое или примирять людей. Тому, кто поступает таким образом, стремясь к довольству Аллаха, Мы даруем великую награду.
Ələddin Sultanov:
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.
Kerbelayi Malik ağa:
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Ancaq ‘sədəqə verməyi ya yaxşılıq etməyi ya insanların arasını düzəltməyi’ əmr edən kimsənin söhbəti müstəsna. Kim Allah rizasını qazanmaq üçün bunları etsə, o təqdirdə ona ‘böyük mükafat’ verəcəyik.
Ələsgər Musayev:
Onların gizli söhbətlərinin əksəriyyətində xeyir yoxdur, ancaq o kəsdən başqa ki, əmr edir sədaqətə, ya mərifətə, ya insanlar arasında sülhə. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona əzəmətli əcr verərik!
A.Mehdiyev və D.Cəfərli:
Onların gizli söhbətləri (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
Kövsər Tağıyev:
Bir sədəqə verməyi, yaxud yaxşılıq etməyi, yaxud da insanların arasını düzəltməyi əmr edənlər xaric, onların öz aralarındakı gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Kim bunları sırf Allahın razılığını qazanmaq üçün edərsə, biz ona böyük bir mükafat verəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların xəlvət söhbətlərinin çoxunda bır xeyir yoxdur. (Xeyir) sədəqə vermək, xeyir tutmaq ya insanlar arasında barışıq yaratmaq istəyənlərin söhbətlərindədir. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük bir mükafat verəcəyik.
Sabirə Dünyamalıyeva:
Bir sədəqə verməyi yaxud adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən şeyləri yaxud da insanlar arasında sülh yaratmağı əmr edən kişinin [fısıldaşmağı, söhbəti] istisna olmaqla, onların fısıldaşmaqlarının çoxunda bir xeyir yoxdur. Kim bunları Allahın rizasını qazanmaq üçün etsə, Biz, tezliklə ona çox böyük bir mükafat verəcəyik.