Möminun Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir.
Bünyadov-Məmmədəliyev:
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).
Elmir Quliyev :
Превыше всего Аллах, Истинный Царь! Нет божества, кроме Него, Господа благородного Трона.
Ələddin Sultanov:
Hakim haqq olan Allah çox ucadır! Ondan başqa heç bir ilah yoxdur! O, şərafətli ərşin Rəbbidir.
Kerbelayi Malik ağa:
Haqq Məlik olan Allah çox ucadır. Ondan başqa İlah yoxdur. O, kərim ərşin Rəbbidir.
Ələsgər Musayev:
Alidir Allah Haqq Məlikdir! Ondan başqa Ilahi yoxdur, kəramətli ərşin Rəbbidir!
A.Mehdiyev və D.Cəfərli:
Allah varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.
Kövsər Tağıyev:
Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa ilah yoxdur. O, şərəfli uca Ərşin Rəbbidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əsl hökmdar olan, Özündən başqa bir tanrı olmayan şanlı ərşin Rəbbi Allah hər şeydən ucadır.
Sabirə Dünyamalıyeva:
Həqiqi sahib, hökmdar olan Allah ucalardan ucadır. Ondan başqa məbud deyə bir şey yoxdur. O, ən hörmətli, ən böyük rəhbərlik məqamının[#306] Rəbbidir.