Nisa Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
Bünyadov-Məmmədəliyev:
Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.
Elmir Quliyev :
Воистину, Аллах не прощает, когда к Нему приобщают сотоварищей, но прощает все остальные (или менее тяжкие) грехи, кому пожелает. А кто приобщает к Аллаху сотоварищей, тот впал в глубокое заблуждение.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür. (Allah-Təala qəlbində zərrə qədər imanla vəfat edən kimsələri belə axirətdə ya müəyyən bir vaxt cəzalandırdıqdan, yaxud günahlarının kəffarəsindən sonra, yaxud da tövbələrini qəbul etdikdən sonra cənnətinə qoyar. Ancaq imansız olaraq küfr şirk içində ölənləri bağışlamayacağını bu ayədə açıq bir şəkildə bildirir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz. Bunun xaricindəki şeyləri isə, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şirk qoşarsa, o təqdirdə o, dərin bir dəlalətə düşmüşdür.
Ələsgər Musayev:
Həqiqətən, Allah bağışlamaz ki, Onun ilə şərik qərar verməyi bundan başqa günahları kim istəsə bağışlayar. kim Allah ilə şərik qərar verərsə, zəlil olub uzaq zəlalətnən!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz ondan başqasını (ondan başqa ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa günahları dilədiyi kimsələr üçün bağışlayar. Allaha şərik qoşan, sözsüz ki, dərin bir azğınlığa düşmüşdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamaz. Lakin bundan başqa istədiyi kəsi bağışlar. Allaha şərik qoşan yolunu çox azmış olur.
Sabirə Dünyamalıyeva:
Hiç şübhəsiz, Allah, Özünə şərik qəbul edənləri bağışlamaz. Bundan aşağıda olanlara göldikdə isə, onlardan istədiyini bağışlayar. Kim Allaha şərik qəbul etsə əlbəttə o uzaq bir azğınlığa düşmüşdür.