Ənam Surəsi 116. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır ancaq yalan uydururlar.
Bünyadov-Məmmədəliyev:
Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar ancaq yalan danışarlar!
Elmir Quliyev :
Если ты станешь повиноваться большинству тех, кто на земле, они собьют тебя с пути Аллаха. Они следуют лишь предположениям и только измышляют.
Ələddin Sultanov:
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar yalan danışarlar.
Kerbelayi Malik ağa:
Yer üzündə olanların çoxuna itaət etsən, səni Allahın yolundan sapdırarlar. Onlar ancaq zənnə tabe olarlar. Onlar ancaq yalan uydurarlar.
Ələsgər Musayev:
Əgər Allah istəsəydi onlar müşrik olmazdı Biz səni onlar üzərində mühafiz etməmişik sən onlar üzərində vəkil deyilsən.
A.Mehdiyev və D.Cəfərli:
Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn gümanın arxasınca gedirlər ancaq təxmin edirlər.
Kövsər Tağıyev:
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar onlar ancaq yalan uydururlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən yer üzündə olanların çoxuna uysan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq güman ardınca gedir ancaq yalan uydururlar.
Sabirə Dünyamalıyeva:
əgər yer üzündə olanların əksəriyyətinə tabe olsan, onlar səni Allah yolundan azdırarlar. Çünki onlar yalnız "zənn"ə qapılırlar yalnızca yalan danışırlar.