Əlixan Musayev:
Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.
Bünyadov-Məmmədəliyev:
Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!)
Elmir Quliyev
:
Мы сказали: "О Адам! Это — враг тебе и твоей жене. Пусть же он не выведет вас из Рая, а не то ты станешь несчастным.
Ələddin Sultanov:
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
Kerbelayi Malik ağa:
Bunun üzərinə (Adəmə belə) dedik: ‘Ey Adəm! Şübhəsiz ki, bu (şeytan), sən və zövcən üçün düşməndir. (Ehtiyatlı olun ki) sizin ikinizi də cənnətdən çıxartmasın. O zaman şaki (bədbəxt) olarsınız.’
Ələsgər Musayev:
Dedik: «Ay Adam! Həqiqətən,
bu, düşməndir sənin üçün və sənin zövcün üçün. Xaric etməsin
sizi cənnətdən, yoxsa məşəqqətə düşərsən!
A.Mehdiyev və D.Cəfərli:
Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».
Kövsər Tağıyev:
Biz də belə dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) sənin üçün və zövcən üçün bir düşməndir. Əsla sizi cənnətdən çıxarmasın, yoxsa bədbəxt olarsan”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda Biz dedik: "Ey Adəm, bu, sənə də, sənin zövcənə də düşməndir. Qoy o, sizi cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.
Sabirə Dünyamalıyeva:
Sonra da Biz, "Ey Adəm! Şübhəsiz ki, İblis sənə və zövcənə düşməndir. Bax ki, o sizi Cənnətdən çıxartmasın, sonra bədbəxt olarsan,