Əlixan Musayev:
Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da (əvvəlcə) tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
Elmir Quliyev
:
Аллах принял покаяния Пророка, мухаджиров и ансаров, которые последовали за ним в трудный час, после того, как сердца некоторых из них чуть было не уклонились в сторону. Он принял их покаяния, ибо Он — Сострадательный, Милосердный.
Ələddin Sultanov:
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da onlara izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmişdilər.)
Kerbelayi Malik ağa:
And olsun ki, Allah nəbiyə və mühacirlərə (hicrət edənlərə) tövbəni nəsib etdi. O çətin zamanda qəlbləri meyl etmək (imandan dönmək) üzrə ikən Ona tabe olan ənsara və onlardan bir qrupa tövbə etməyi nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Çünki O, onlara qarşı Raufdur (çox şəfqətli), Rəhimdir.
Ələsgər Musayev:
Əlbəttə, qayıtdı Allah üzərinə nəbinin və mühacirlərin və
yardımçıların - o kəslər ki, tabe oldular Ona çətin saatda, ondan
sonra ki, az qaldı zığlansın qəlbləri firqənin onlardan. Sonra
qayıtdı üzərinə onların. Həqiqətən, O onlar ilə Raufdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır.
Kövsər Tağıyev:
And olsun, Allah Peyğəmbər ilə aralarından bir qisminin qəlbləri (haqdan) dönməyə üz tutduqdan sonra çətin bir zamanda ona tabe olan mühacirlərlə ənsarın tövbələrini qəbul etmişdir. Bəli, onların tövbələrini qəbul etmişdir. Şübhəsiz, O, onlara (qarşı) çox şəfqətli və çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah peyğəmbərin, bəzilərinin ürəkləri az qala (başqa tərəfə) meyl etdikdən sonra çətin anda onun ardınca getmiş mühacirlərin və ənsarların tövbələrini qəbul etdi. Sonra bir daha tövbələrini qəbul etdi. Axı Allah onlara qarşı şəfqətlidir, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
And olsun ki, Allah, Peyğəmbərə və ən çətin saatında ona tabe olan mühacir və ənsara, bəzilərinin qəlbləri az qala dönmək üzrə olduğu halda, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara qarşı çox şəfqətlidir, çox mərhəmətlidir.