Nəhl Surəsi 118. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri özlərinə zülm edirdilər.
Bünyadov-Məmmədəliyev:
Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər. (Buna görə Allah bir çox nemətləri onlara haram buyurdu).
Elmir Quliyev :
А иудеям Мы запретили то, о чем Мы рассказали тебе раньше. Мы не были несправедливы к ним они сами поступали несправедливо по отношению к себе.
Ələddin Sultanov:
Sənə xəbər verdiklərimizi daha əvvəl yəhudilərə haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Daha əvvəl sənə anlatdıqlarımız şeyləri yəhudilərə haram etdik. Biz onlara zülm etmədik. Lakin onlar özlərinə zülm edirdilər.
Ələsgər Musayev:
Üzərinə o kəslərin ki, hidayət olunublar, haram etmişdik ki, hekayət etdik üzərinə sənin qabaqcadan. Biz onlara zülm etmədik lakin onlar öz nəfslərinə zülm edən oldular.
A.Mehdiyev və D.Cəfərli:
yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Kövsər Tağıyev:
Daha əvvəl sənə danışdıqlarımızı yəhudilərə haram buyurmuşduq. Biz (bununla) onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Öncə sənə dediyimiz (şeyləri) Biz yəhudilərə haram buyurmuşduq. Biz onlara haqsızlıq etmədik, onlar özləri özlərinə zülm edirlər.
Sabirə Dünyamalıyeva:
Biz sənə nəql etdiyimizi [leşi, qanı, donuzun ətini], daha əvvəl yəhudilərə haram etmişdik. Biz onlara haqsızlıq etmədik. Amma onlar şirk qoşaraq özlərinə haqsızlıq edirdilər.