Əlixan Musayev:
(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər”.
Bünyadov-Məmmədəliyev:
Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!
Elmir Quliyev
:
Отчего же нам не уповать на Аллаха, если Он повел нас нашими путями? Мы непременно стерпим причиняемые вами мучения. Пусть же уповающие уповают только на Аллаха!"
Ələddin Sultanov:
Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”
Kerbelayi Malik ağa:
‘Biz nə üçün Allaha təvəkkül etməyək? Bizi yolumuza hidayət etmişdir. Sizin bizə etdiyiniz əziyyətlərə əlbəttə səbir edəcəyik. Artıq təvəkkül edənlər Allaha təvəkkül etsinlər.’
Ələsgər Musayev:
Nə üçün
biz Allaha təvəkkül etməyək, bir halda ki, hidayət etdi bizi öz
yollarımıza? Biz səbr edəcəyik ona ki, bizə əziyyət verirsiniz.
Təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
«Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».
Kövsər Tağıyev:
“Allah bizə yollarımızı göstərdiyi halda biz nə üçün ona təvəkkül etməyək? Bizə verdiyiniz əziyyətə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz nə üçün də Allaha təvəkkül etməyək? Axı yollarımızı bizə O göstərmişdir. Biz sizin bizə verdiyiniz əziyyətlərə mütləq dözəcəyik. Təvəkkül edənlər qoy ancaq Allaha təvəkkül etsinlər!"
Sabirə Dünyamalıyeva:
Onun üçün də inananlar işin nəticəsini yalnız Allaha tapşırsınlar. Və bizə yollarımızı göstərdiyi halda, niyə biz nəticəni Allaha tapşırmayaq! Və əlbəttə biz, bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Nəticəni tapşıranlar da yalnız Allaha tapşırsınlar."