Loğman Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki), Allah (onun şükrünə )möhtac deyildir, Tərifəlayiqdir”.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
Elmir Quliyev :
Мы даровали Лукману мудрость: "Благодари Аллаха! Тот, кто благодарит, поступает только во благо себе. А если кто неблагодарен, то ведь Аллах Богатый, Достохвальный".
Ələddin Sultanov:
Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
And olsun ki, Loğmana hikmət verdik ki, Allaha şükür etsin. Kim şükür edərsə, o təqdirdə yalnız öz nəfsi üçün şükür edər. Kim küfr edərsə, o təqdirdə şübhəsiz ki, Allah Ğanidir, Həmiddir.
Ələsgər Musayev:
Biz əta etdik Loğmana hikməti ki: «Şükr et Allah üçün! Kim şükr edirsə, həqiqətən, öz nəfsi üçün şükr edir. kim küfr edirsə, həqiqətən, Allah Qənidir, Həmiddir!»
A.Mehdiyev və D.Cəfərli:
həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri işləri həmd olunmağa layiqdir)».
Kövsər Tağıyev:
And olsun, biz Loğmana: “Allaha şükür et”, deyə hikmət verdik. Kim şükür etsə, özü üçün şükür edər. Kim nankorluq etsə, bilsin ki, Allah hər baxımdan sonsuz zəngindir, tərifə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Loğmana hikmət bəxş etdik: “Allaha şükür et!” Kim şükür edərsə, ancaq özü üçün şükür etmiş olar. Kim naşükür olarsa (bilsin ki,) həqiqətən, Allah heç nəyə ehtiyacı olmayandır, tərifəlayiqdir.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, Loğmana: "Sənə verilən nemətlərin əvəzini Allaha ödə!" deyə, haqsızlıq fitnə-fəsada mane olmaq üçün qoyulmuş qanun, düstur qaydalar verdik. -Kim ona verilən nemətlərin əvəzini ödəsə, özü üçün ödəyər. Kim nankorluq etsə, şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, daim tərifə ən layiq olandır.-