Əlixan Musayev:
(Onlara deyiləcək:) “Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır”.
Bünyadov-Məmmədəliyev:
(Onlara belə cavab veriləcəkdir: ) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!”
Elmir Quliyev
:
Это потому, что когда призывали одного Аллаха, вы не веровали. Если же к Нему приобщали сотоварищей, вы верили. Решение принимает только Аллах, Возвышенный, Большой".
Ələddin Sultanov:
(Onlara belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”.
Kerbelayi Malik ağa:
Bu, sizin tək olan Allaha çağrıldığınız zaman inkar etməyiniz səbəbiylədir. Ona (Allaha) şirk qoşulduğu zaman inanırdınız. Artıq hökm Uca və Böyük olan Allaha aiddir.
Ələsgər Musayev:
Bu,
sizin üçün ondan ötrüdür ki, onda ki, çağırırdılar Allahı Vahid
olaraq, kafir olurdunuz. Əgər şərik qoşurdular Ona, inanırdınız.
Allahın hökmü Alidir, Kəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.
Kövsər Tağıyev:
(Onlara belə deyilər:) “Bu, tək olan Allaha çağırıldığınız zaman inkar etməniz, Ona şərik qoşulduğu zaman isə inanmanız səbəbi ilədir. Artıq hökm uca və böyük Allaha aiddir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara deyiləcək: “Bu [cəza], sizə ona görədir ki, təkcə Allah çağırılanda siz (Onu) inkar etdiniz, Ona şəriklər qoşulanda isə (onlara) inandınız. Hökm ulu, böyük Allahındır!"
Sabirə Dünyamalıyeva:
Bax bunun, səbəbi budur: Siz, "bir və tək" olan Allaha dəvət edildiyiniz zaman küfr işlədiniz; inanmadınız. Ona şərik qoşulduqda isə inandınız. Artıq hökm, o çox uca və çox böyük olan Allahındır.