Əlixan Musayev:
Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, (şeytan tərəfindən) qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!
Elmir Quliyev
:
Но вы предположили, что Посланник и верующие никогда не вернутся к своим семьям. Это было разукрашено в ваших сердцах, и вы сделали дурные предположения. Вы были пропащими людьми.
Ələddin Sultanov:
Əksinə, siz Peyğəmbərin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlblərinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
Kerbelayi Malik ağa:
Xeyr, siz Rəsul və möminlərin bir daha öz ailələrinə dönməyəcəklərini zənn etdiniz. Bu (zənn), qəlblərinizdə gözəl göründü. Pis bir zənnlə zənn etdiniz. Siz məhvə düçar olmuş bir qövm oldunuz.
Ələsgər Musayev:
Bəli, siz zənn etdiniz ki, rəsul və inananlar
ailələrinin yanına qayıtmayacaqlar əbədən! Bu, qəlblərinizdə
sizin zinətləndi və siz zənn etdiniz pis zənn və məhv olmuş
qoum oldunuz.
A.Mehdiyev və D.Cəfərli:
(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz.
Kövsər Tağıyev:
(Ey münafiqlər!) Əslində siz peyğəmbərin və iman edənlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn etmişdiniz. Bu sizin qəlblərinizə gözəl göstərildi, sui-zənn etdiniz və məhvə məhkum bir qövm oldunuz.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz isə elə düşünürdünüz ki, peyğəmbər və möminlər öz ailələrinə heç vaxt qayıtmayacaqlar. Bu, (şeytan tərəfindən yaxşı fikir kimi) ürəklərinizdə bəzədilmişdi. Siz pis düşündünüz və məhvə məhkum adamlar oldunuz.
Sabirə Dünyamalıyeva:
Aslında siz elə güman edirdiniz ki, Elçi və möminlər ailələrinnin yanına/yaxınlarının yanına [bir daha] əbədiyyən qayıtmayacaqlar. Bu, sizin könlünüzə də xoş gəlmişdi. Və siz pis gümana düşdünüz və dəyişikliyə/məhvə məruz qalan bir qövm oldunuz.